Soçi görüşündə diqqətçəkən məqam

Putinin Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlərində maraqlı məqam diqqəti cəlb edib.

Belə ki, Rusiya lideri Paşinyanı öz çətiri ilə qarşılayıb. Ermənistan lideri yağan yağışdan qorunmaq üçün Putinin çətirinə sığınıb.

Lakin Azərbaycan Prezidenti İlham Əliyev Putinlə görüşə öz çətiri ilə gəlib.

Həmçinin Rusiya lideri ilə görüşdə Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti daha səmimi və isti münasibətlə qarşılanıb.