Tbilisidə Zəfər Günü qeyd edilib – VİDEO

64 saylı Tbilisi şəhər ictimai məktəbində Azərbaycanın Zəfər gününə həsr edilmiş bayram tədbiri keçirilib.

Gürcüstanda Azərbaycanlı Məktəbli Gənclər mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, eləcə də səfirlik əməkdaşları, QHT rəhbərləri, müəllimlər, ziyalılar, gənclər və şagirdlər iştirak ediblər.

Tədbirə ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra çıxış edənlər Azərbaycan ordusunun tarixi qələbəsindən danışaraq, artıq 2 ildir ki, bu günün böyük sevinc hissi ilə qeyd edildiyini bildiriblər.

Tədbir “Ceyran” rəqs ansamblının üzvlərinin Azərbaycan və Gürcü milli rəqsləri, eləcə də türk marşı ifaları ilə davam etdirilib.