Tbilisidə zəncirvari qəza – FOTO

Tbilisinin Quramişvili prospektində zəncirvari yol qəzası baş verib.

Sərnişin avtobusu sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verən hadisə zamanı 10 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, faktla bağlı araşdırma aparılır.