8 yaşlı qızı məktəbə gedərkən mikroavtobus vurub
Qurcaanidə baş verən bədbəxt hadisə nəticəsində 8 yaşlı qız xəsarət alıb. Belə ki, 8 yaşlı qızı məktəbə gedərkən mikroavtobus vurub. Qurcaani şəhərinin mərkəzi küçəsində baş verən hadisə zamanı xəsarət alan qızın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, valideynlər yaralı yeniyetməni Qurcaanidəki “Geo Hospitals”a aparıblar.
Həkim müayinəsi nəticəsində qızın qapalı kəllə-beyin travması aldığı, vəziyyətinin ağır olduğu məlum olub.
Həkimlərin qərarına əsasən, xəsarət alan şəxs hazırda Tbilisidəki mərkəzi xəstəxanalardan birinə aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırmalara başlanılıb.