Tbilisidə minik avtomobili mopedlə toqquşub

Tbilisidəki Dadiani küçəsində daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, minik avtomobili mopedlə toqquşub.

Hadisə nəticəsində moped sürücüsünün ayağı sınıb.

Məlumat üçün onu da bildirək ki, ötən gün isə moped sürücüsü yük maşını ilə toqquşub, təəssüf ki, sürücü yerindəcə dünyasını dəyişib.