İngiltərədə on minlərlə tibb bacısı tətil edəcək
İngiltərədə on minlərlə tibb bacısı hökumətin maaşları artırması üçün fevral ayında tətil edəcək.
Bu barədə Krallığın Tibb Bacısı üzrə Kolleci (“Royal College of Nursing”, RCN) qərar verib.
Həmkarlar İttifaqının bəyanatında qeyd olunur ki, tətillər fevralın 6 və 7-nə planlaşdırılıb və hər bir halda 12 saat davam edəcək. Onlar tibb bacılarının 106 illik mövcudluğunda ilk dəfə işə gəlmədiyi ötən ilin dekabrındakı tətillərdən daha böyük olacaq.
Əgər o zaman aksiyalarda İngiltərənin Milli Səhiyyə Xidmətinin (“National Health Service”, NHS) 55 assosiasiyasının nümayəndələri iştirak edirdisə, indi onların sayı 73-ə yüksələcək. Etirazlara Uelsin 12 NHS assosiasiyasının əməkdaşları da qoşulacaq.