Qardabanidə həyata keçiriləcək layihələrə yarım milyondan çox vəsait ayrılıb

Qardabani rayonunda “Kəndə dəstək proqramı”nın həyata keçirilməsinə başlanılır. Belə ki, Qardabani şəhər meriyasının yaydığı məlumata əsasən 2023-cü il üçün artıq layihə çərçivəsində bir sıra işlərin görülməsinə start verilir.

Məlumatda qeyd olunur ki, 2023-cü ildə Qardabani bələdiyyəsinə dəstək proqramının icrası üçün 662 min lari vəsait ayrılıb. Bu vəsait hesabına bələdiyyəsinin inzibati ərazi vahidlərində maliyyələşdiriləcək layihələrin seçilməsi üçün yanvarın 26-dan ümumi yığıncaqların keçirilməsinə başlanılacaq.  38 kənddə mərhələli olaraq keçiriləcək görüşlərdə “Kəndə dəstək proqramı“ çərçivəsində yerli əhalinin qərarına əsasən aşağıda qeyd edilən layihələrin həyata keçirilməsi mümkün olacaq:

● İçməli su xəttlərinin çəkilməsi (quyular, su boruları, baş qurğular, təmizləyici qurğular, və s.);

● Suvarma su kanalları;

● Drenaj kanalları;

● Sahilbərkitmə işləri;

● Yollar və yol kənarındakı dayanacaqlar; səkilər və yol infrastrukturunun digər tərkib hissələri;

● Körpülər, barmaqlıqlar, keçidlər;

● Küçələrin işıqlandırılması;

● İctimai məktəb ərazilərinin abadlaşdırılması;

● Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;

● Ambulatoriya binaları;

● Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;

● İdman infrastrukturu, sahələr və sahə inventarı;

● Parklar, uşaq meydançaları, müvafiq inventarlar, həmçinin istirahət yerləri;

● Dəyirmanların və müvafiq inventarların bərpası;

● Mini-SESlər və müvafiq reabilitasiya/bərpa işləri;

● Coğrafi obyektlərin adlarına və ünvanlarına uyğun olaraq, həmçinin turistik yerləri işarə edən müvafiq yol nişanlarının yerləşdirilməsi.