“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib
Milyarder İlon Maskın “Twitter“-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.
Bu barədə CNBC telekanalı “Twitter“-də daxili yazışmalara istinadən məlumat yayıb.
Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb. Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının “Twitter”-ə xidməti çətinləşdirəcəyi qənaətindədirlər.