Laşa Xutsişvili: Gürcüstanın Rusiyaya sanksiyalar tətbiq etməməsinə dair şübhələrə əsas yoxdur

Gürcüstanın Rusiyaya qarşı sanksiyaları lazımi şəkildə tətbiq etməməsinə dair şübhələrə heç bir əsas yoxdur.

Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Tbilisi bu istiqamətdə ABŞ və Avropa İttifaqı (Aİ) ilə gündəlik informasiya mübadiləsi aparır.

Nazirin sözlərinə görə, həm bank-maliyyə sektoru, həm də ticarət sahəsində Gürcüstan hökuməti, eləcə də ölkənin milli bankı beynəlxalq sanksiyalara riayət edilməsinə ciddi nəzarət edir.

Laşa Kutsişvili vurğulayıb ki, Gürcüstan sanksiyaların tətbiq edilməsi istiqamətində ötən il tətbiq etdiyi tədbirlərə görə çox sayda təşəkkür məktubu qəbul edib. O əlavə edib ki, Gürcüstan hazırda beynəlxalq sanksiyaların tətbiq edilməsi istiqamətində ən qabaqcıl ölkələrdən biridir.