NATO-nun Baş katibi: “Leopard 2″ tankları Ukraynanın qalib gəlməsinə kömək edə bilər”

“Almaniya digər NATO müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşərək Ukraynaya “Leopard 2” tankları göndərir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

“Rusiya ilə müharibənin kritik anında həmin tanklar Ukraynaya özünü müdafiə etməyə, müstəqil dövlət kimi qalib gəlməyə kömək edə bilər”, – o bildirib.

Qeyd edək ki, bu gün Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini təsdiqləyib.