Kosalı, Nəzərli və Vaxtanqisi kəndlərində görüşlər keçirilib – FOTO

Qardabani Bələdiyyəsinin inzibati ərazi vahidlərində “Kəndlərə Dəstək Proqramı” çərçivəsində maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədilə əhali ilə keçirilən görüşlər başa çatıb.

Qardabani Meriyasından verilən məlumata görə, yanvarın 26-da başlayan görüşlər fevralın 3-də başa çatıb. Yekun görüşlər Kosalı, Nəzərli və Vaxtanqisi kəndlərində keçirilib.

Görüşlərdə Qardabani Meri Davit Qarqareteli, onun müavini Fuad Mirzəyev, Qardabani Bələdiyyə sədrinin birinci müavini Samir Xiyalov, yerli özünüidarəetmə orqanlarının digər əməkdaşları, eləcə də kənd sakinləri iştirak ediblər.

Xatırladaq ki, 2023-cü ildə “Kəndlərə Dəstək Proqramı” çərçivəsində bölgələrdə həyata keçiriləcək layihələr fondundan Qardabani bələdiyyəsinə ümumilikdə 662.000 min lari vəsait ayrılıb.