Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlanıb
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.
F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.