Cuanşer Burçuladze Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb

ABŞ-da səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb.

Məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb. Bildirilib ki, Pentaqonda baş tutan görüş zamanı Lloyd Ostin ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyündə sarsılmaz dəstəyini ifadə edib.

Tərəflər Gürcüstan Müdafiə Qüvvələrinin müdafiə və çəkindiricilik qabiliyyətinin artırılmasına ABŞ-ın dəstəyini müzakirə ediblər.

Qeyd olunub ki, görüş zamanı ABŞ-ın Gürcüstanın Avro-Atlantik inteqrasiyasına sadiqliyi vurğulanıb.

Gürcüstanın Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, tərəflər qlobal və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Qeyd olunub ki, söhbət zamanı Gürcüstanın Qara dəniz təhlükəsizlik arxitekturasında və regionda sülh və sabitliyin təşviqində vacib rol oynadığı qeyd edilib.