Kvaratsxeliya Avropanın “Top-5” liqasında göstəricilərinə görə ən uğurlu debütantdır
“Napoli” İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb.
Neapol təmsilçisi buna ilk 22 turda 59 xal qazanmaqla nail olub.
Luçano Spalettinin baş məşqçi olduğu komanda bu göstəricidə yalnız “İnter” (2006/2007, 60 xal) və “Yuventus”dan (2018/2019, 60 xal) geri qalır.
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın “Top-5” liqasında göstəricilərinə görə ən uğurlu debütantdır. Gürcüstanlı vinger A seriyasında keçirdiyi 18 matçda 9 qol vurub, 9 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Napoli” son turda “Kremoneze”ni darmadağın edib – 3:0. Komanda cari mövsüm ölkə çempionatında yalnız “İnter”ə uduzub, “Fiorentina” və “Leççe” ilə heç-heçə edib.