İranda etiraz aksiyaları davam edir: “Ölüm ola Xameneiyə, lənət ola Xomeyniyə”!
Fevralın 12-də gecə saatlarında İranın paytaxtı Tehran şəhəri və əyalətində hakimiyyətə qarşı növbəti etiraz aksiyaları keçirilib.
Bu barədə İrandakı rejimə qarşı olan KİV məlumat yayıb.
Hakimiyyətdən naraz olan əhali “Diktatora ölüm!”, “SEPAH-çıya ölüm!”, “Bəsiciyə ölüm!”, “Qəddar Xameneiyə ölüm!”, “Ölüm ola Xameneiyə, lənət ola Xomeyniyə” şüarları səsləndiriblər.