Qardabanidən göndərilən yardımlar Hatayda – VİDEO

Qardabanidən Türkiyədə zəlzələdən zərərçəkmişlərə göndərilən yardımlar təhvil verilib. Belə ki, Qardabanidən, eləcə də digər rayon və kəndlərdən yola çıxan bir neçə tır və yardım dolu maşınlar Hatayın mərkəzi Antakyada humanitar yardımların toplandığı anbarlardan birinə boşaldılıb.

Onu da bildirək ki, Qardabanidən gedən yardımların təhvil verilməsində Bələdiyyə üzvləri Şəhadət Mehraliyev və Kamran Babayev də iştirak ediblər.

Məlumat üçün onu da bildirək ki, artıq göndərilən yardımların ehtiyac sahiblərinə verilməsinə də başlanılıb.