Parlamentin yaxınlığına xüsusi təyinatlılar cəlb edilib – VİDEO

Parlamentinin yaxınlığına toplanmış etirazçılarla polis arasında qarşıdurma baş verib.

Gərginlik etirazçıların “Gürcü Arzusu” partiyasının və qanun layihəsini təklif edən “Xalq Gücü” parlament fraksiyası deputatları üçün “utanc dəhlizi” yaratmağa çalışmasından sonra baş verib.

Polisin bəzi etirazçıları saxladığı bildirilir.

Qeyd edək ki, etirazçılar Parlamentə təqdim edilmiş “xarici təsir agenti” haqqında qanun layihəsinə etiraz edirlər.