Baş nazir parlamentdə müxalifətin suallarını cavablandıracaq
İrakli Qaribaşvili 24 martda ölkə parlamentində Ukrayna ilə bağlı müxalifətin suallarını cavablandıracaq.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Spiker qeyd edib ki, müxalifət Qaribaşvili ilə ölkədəki təhlükəsizlik vəziyyəti, Milli Təhlükəsizlik Şurasının iclasının vaxtı, eləcə də bir sıra digər məsələlərlə bağlı müzakirələr aparmağı planlaşdırır.
Qeyd edək ki, Qaribaşvilinin parlamentdəki çıxışı əvvəlcə fevral ayına planlaşdırılsa da, Türkiyə səfəri ilə əlaqədar təxirə salınıb.