Xarici İşlər naziri İsveçə rəsmi səfər edəcək
Xarici işlər naziri İliya Darçiaşvili 13-14 mart tarixlərində İsveçdə rəsmi səfərdə olacaq.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Nazirin səfər çərçivəsində İsveçin icra və qanunvericilik orqanlarının nümayəndələri, habelə xarici işlər naziri və digər siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.