Birləşmiş Krallığın xarici işlər naziri Gürcüstana səfərə gəlib
Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Gürcüstana səfər gəlib.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Bildirilib ki, Ceyms Kleverlini Tbilisi hava limanında Gürcüstan xarici işlər nazirinin müaavini Teymuraz Cancalia qarşılayıb.
Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton bildirib ki, bu, xarici işlər nazirinin 2016-cı ildən sonra Gürcüstana ilk səfəridir.
O, nazirin səfər planının qısa lakin olduqca məşğul olduğunu bildirib.
Qeyd edək ki, Ceyms Kleverli martın 17-dək davam edəcək səfəri çərçivəsində gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə həmçinin Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.
Birləşmiş Krallığın XİN başçısının həmçinin Gürcüstanın işğal xəttinə səfər edəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilib.