Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı

Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

O, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb. “Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, – Castin Trüdo qeyd edib.