Onlarla narkotacir saxlanıldı – VİDEO

Daxili İşlər Nazirliyi tərəfindən ölkə üzrə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 31 nəfər narkotacir olmaqla, ümumilikdə narkotiklə bağlı 58 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyat-axtarış tədbirləri Tbilisi, Kaxeti, İmereti, Acarıstan, Sameqrelo – Zemo Svaneti, Raca-Leçxumi və Kvemo Svaneti polis departamentləri tərəfindən həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələr müsadirə edilib. Faktlarla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.