Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

RealNews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, sanksiya siyahısına 87 nəfər və 34 hüquqi şəxs daxil olunub.

“Bu sanksiyalar Avropa İttifaqının 2023-cü il fevralın 25-də qəbul etdiyi onuncu sanksiyalar paketini tam əks etdirir. Norveç bəzi dəyişikliklərlə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub”, – sənəddə qeyd edilib.

Ümumilikdə, Norveç artıq rusiyalı 1678 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.