İliya Darçiaşvili bu gün İtaliyaya işgüzar səfərə gedəcək
Xarici işlər naziri İliya Darçiaşvili bu gün İtaliyaya işgüzar səfərə gedəcək.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, Darçiaşvili aprelin 23-dək davam edəcək səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani ilə görüşəcək.
Görüş zamanı tərəflər İtaliya və Gürcüstan arasında yüksək səviyyəli dialoqun başlanması haqqında bəyannamə, eləcə də Gürcüstan və İtaliya arasında mədəniyyət və elm sahəsində 2023-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayacaqlar.