Giorgi Amilaxvari Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə işgüzar görüş keçirib
Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə işgüzar görüş keçirib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, görüş zamanı tərəflər təhsil və elm sahəsində mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Azərbaycanın səfirinə səmərəli əməkdaşlığa görə təşəkkür edərək, Gürcüstan və Azərbaycan Respublikası arasında uzunmüddətli sıx tərəfdaşlığın mövcud olduğunu bildirib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi, eləcə də təhsilin bütün səviyyələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.