MSK sədrinin seçilməsi ilə bağlı yeni qanun layihəsi parlamentə təqdim edilib

“Gürcü Arzusu” partiyası ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin seçilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Düzəlişə əsasən MSK sədri və üzvlərini Prezident deyil, parlament sədri seçəcək.

Qanun layihəsinə əsasən parlament spikeri müsabiqə elan edəcək, müsabiqə komissiyası formalaşdıracaq və namizədləri parlamentə təqdim edəcək. Prezidentin müsabiqə komissiyasında yalnız bir nümayəndəsi olacaq.

MSK üzvləri və sədri parlamentin minimum 76 deputatının dəstəyini alacağı təqdirdə 5 il müddətinə vəzifədə qalacaqlar.

Səsvermə zamanı bütün vəzifələr tutulmasa Prezident müsabiqə üçün yeni namizəd təqdim etməlidir və həmin namizəd parlamentdə səsə qoyulmalıdır.

Partiya üzvləri heç bir inkişaf etmiş ölkədə hazırda Gürcüstanda qüvvədə olan hüquqi təcrübənin olmadığını bildiriblər.

Mövcud qanunvericiliyə görə Prezident müsabiqə elan edir, komissiyasını təşkil edir və namizədləri təsdiqlənmələri üçün parlamentə təqdim edir.