Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş video çarx hazırlanıb – VİDEO

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dünyanın 10-dan çox ölkəsində yaşayan azərbaycanlı gənclərin iştirakı ilə video çarx hazırlanıb.

Belə ki, ABŞ-ın Nyu-York və Şimali Karolina ştatlarında, Kanada, Avstriya, İspaniya, İtaliya, Ukrayna, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Çində yaşayan azərbaycanlı gənclər Ümummilli liderin müdrik kəlamlarını, eləcə də onun çıxışlarından sitatlar səsləndiriblər.

Amerika, Avropa və Asiyadan 15-ə yaxın gəncin iştirak etdiyi videoda Ulu Öndərin Vətən, vətənpərvərlik, xalq, ana dili, gənclər və digər mövzularda dediyi fikirlər öz əksini tapır.

Məlumat üçün onu da bildirək ki, video Real Media təşkilatının sədri Almaz Nadiroğlunun təşəbbüs və təşkilatçılığı ilə hazırlanıb.