Gürcüstanla Rusiya arasında aviasreyslərin şərtləri açıqlanıb
Gürcüstanın hər üç beynəlxalq hava limanına uçuşlar yalnız sanksiyalar siyahısında olmayan aviaşirkətlər və təyyarələr vasitəsilə həyata keçiriləcək.
Bu barədə Gürcüstanın Hava Limanları İttifaqının bəyanatında bildirilib.
“Qərar Gürcüstanın hər üç beynəlxalq hava limanına – Şota Rustaveli adına Tbilisi Beynəxlalq Hava Limanı, David Aqmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanı və Aleksander Kartveli adına Batumi Beynəlxalq Hava Limanına şamil olunur. Hava limanlarına uçuşlar yalnız sanksiyalara məruz qalmayan aviaşirkətlər və təyyarələr vasitəsilə həyata keçiriləcək. Beynəlxalq hava limanlarının hər hansı birində fərqli yanaşma olmayacaq”, – bəyanatda qeyd edilib.
Xatırladaq ki, artıq bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib.