Gürcüstanda Danimarka səfirliyi açılıb

Tbilisidə Danimarka səfirliyinin açılışı olub.

Tədbirdə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Gürcüstanlı həmkarı İliya Darçiaşvili iştirak edib.

Danimarka XİN rəhbəri qeyd edib ki, Tbilisidə səfirliyin fəaliyyətə başlaması Danimarkanın Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstəyinin daha bir aydın nümunəsidir:

“Biz inanırıq ki, Cənubi Qafqazda Gürcüstan kimi demokratik və uğurlu tərəfdaşa malik olmaq bizim marağımıza cavab verir. Səfirliyin açılması ilə Danimarka gürcü xalqına daha bir aydın siqnal göndərir ki, sizin Avropaya inteqrasiyanıza bizim dəstəyimiz sarsılmazdır”.

Rasmussen gələn il Gürcüstanla Danimarka arasında birbaşa aviareyslərə başlanılmasının planlaşdırıldığını da qeyd edib.