“Georgian Airways”a məxsus təyyarə 4 illik fasilədən sonra Rusiyaya birbaşa uçuş edib

4 illik fasilədən sonra “Georgian Airways” aviaşirkətinə məxsus ilk sərnişin təyyarəsi Rusiyaya birbaşa uçuş həyata keçirib.

Yerlərinin 80 faizinin dolu olduğu bildirilən təyyarə Tbilisi-Moskva istiqamətində uçaraq Vnukovo hava limanına eniş edib.

Qeyd edək ki, “Georgian Airways” Rusiyaya birbaşa uçuşlar həyata keçirmək icazəsini mayın 16-da əldə edib.

Rusiyadan Gürcüstana ilk uçuşu isə “Azimuth Airlines” ötən gün Tbilisi Beynəlxalq Hava Limanına həyata keçirib.

İki ölkə arasında birbaşa uçuşların bərpa olunması səbəbilə ötən gün Tbilisi hava limanında və parlament binası qarşısında etiraz aksiyası keçirilib. Aksiyanın bu gün də davam etdiriləcəyi açıqlanıb.