Girov götürülən Gürcüstanlı dənizçilər azad olundu

May ayının əvvəlində Qabon sahillərində girov götürülən iki Gürcüstanlı dənizçi azad edilib.

Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

“Xarici İşlər Nazirliyi, Gürcüstanın Cənubi Afrika Respublikasındakı səfirliyi və Dəniz Nəqliyyatı Agentliyinin səyləri nəticəsində mayın 21-də gürcü dənizçiləri əsirlikdən xilas ediliblər. Onlar Nigeriyada tibbi müayinədən keçirlər, sağlamlıqları qənaətbəxşdir. Dənizçilər yaxın günlərdə vətənlərinə qayıdacaqlar”. – deyə məlumatda bildirilib.

Xatırladaq ki, mayın 2-də Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Qabonun ərazi sularında lövbər salmış gəmidən ikisi Gürcüstan vətəndaşı olan üç dənizçinin qaçırıldığını bildirmişdi.