Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO
Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi, həmçinin şəhərin simvollarından olan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.