Xazeyn Məmmədovun 70 illik yubiley tədbiri keçirilib – VİDEO

Marneuli rayonunun Təkəli kəndində uzun illər gənc nəslin təlim-tərbiyəsilə məşğul olmuş, məktəb direktoru Xazeyn Əsgər oğlu Məmmədovun 70 illik yubiley tədbiri keçirilib. Tədbirdə Təkəli ictimai məktəbinin pedaqoji kollektivi, dövlət rəsmiləri, ziyalılar, kənd sakinləri və gənclər iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan Salman Mollaoğlu Xazeyn müəllimin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Digər çıxış edənlər də Xazeyn müəllim haqqında öz xatirələrini bölüşüblər.

Məlumat üçün onu da bildirək ki, tədbir zamanı Xazeyn Məmmədova 70 illik yubileyi münasibətilə “Gürcüstanda Azərbaycanlı Müəllimlət İttifaqı”nın xüsusi diplomu da təqdim edilib.