Ukraynada Gürcüstanın adının Sakartvelo olaraq dəyişdirilməsini təklif edilib
Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılmasını təklif edib.
Məlumata görə qanun layihəsinə izahat yazısında qeyd olunur ki, ölkədə rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi adı təqdim edilməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq Kartvellər adlandırılması təklif edilir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin “ruslaşmış” adından da xilas olacaq.
Sakartvelo “Kartvel ölkəsi” – Zaqafqaziyanın avtoxton əhalisi kimi tərcümə olunur. Əksər dillərdə ölkə Gürcüstan dövlətinin latın adından götürülüb.
2021-ci ildə Litva Dili üzrə Dövlət Komissiyası rəsmi olaraq Gürcüstanı Sakartvelo adlandırıb.