Salome Zurabişvili Brüsseldə Şarl Mişellə görüşüb
Brüsseldə səfərdə olan Prezident Salome Zurabişvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Brüsseldə səfərdə olan Prezident Salome Zurabişvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Bildirilib ki, tərəflər Gürcüstanın Avropa yoluna dair müzakirə aparıblar. Məlumata görə Şarl Mişel Avropa Komissiyasının payız “Genişlənmə paketi”nin bir hissəsi kimi Gürcüstanın namizəd statusu əldə etməsi üçün 12 prioriteti yerinə yetirməsinə dair hesabatı hazırlayacağını xatırladıb.
Şarl Mişel ədliyyə islahatları, mətbuat azadlığı, vətəndaş cəmiyyəti, oliqarxsızlaşdırma və de-polarizasiya məsələləri ilə bağlı daha çox tərəqqiyə ehtiyac duyulduğunu xatırladıb.