Azərbaycan-Türkiyə-Gürcüstan formatı uğurla fəaliyyət göstərir

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

Bu barədə Hökumətin 2022-ci il üzrə hesabatında qeyd olunub. Sənəddə üçtərəfli əməkdaşlıq formatının həm də hər üç ölkənin silahlı qüvvələri arasında yaxın əməkdaşlıq əlaqələrinin yaradılmasını hədəflədiyi qeyd olunub:

“Regional təhlükəsizliyi gücləndirməyi, ümumi hədəflərə və maraqlara effektiv şəkildə nail olunması məqsədilə silahlı qüvvələr arasında yaxın əlaqələr yaratmağı hədəfləyən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurlu şəkildə fəaliyyət göstərir”, – deyə hesabatda qeyd olunub.