Macarıstanın müdafiə naziri Gürcüstanda səfərdədir

Tbilisidə səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik çağırışlarını və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə ölkələr arasında tərəfdaşlığa, etimada və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafının böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Həmçinin NATO və Avropa İttifaqının himayəsi altında davam edən beynəlxalq əməliyyatlarda Gürcüstan və Macarıstan hərbçilərinin töhfəsi və birgə iştirakı vurğulanıb.