Kleverli: “Ukrayna müharibədə qalib gələcək və bizim köməyimizə arxalana bilər”

Ukrayna Rusiya ilə müharibədə qalib gələ biləcək və Britaniyanın gələcək köməyinə arxalana bilər.

RealNews “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Kleverlinin sözlərinə görə, səfəri zamanı o, Rusiyanın Ukraynada törətdiyi dağıntıları şəxsən görə bilib.

Qeyd edək ki, Ceyms Kleverli Ukraynaya elan olunmamış səfərlə gəlib.