Türkiyədə qanlı atışma: Düşmənçilik zəmnində…

Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda yanacaqdoldurma məntəqəsində atışma olub.

Bu barədə RealNews yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, düşmənçilik zəminində baş verən insident zamanı iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri atışma zamanı ərazidən təsadüfən keçən şəxs olub.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar Gemlik Dövlət Xəstəxanasına aparılıb.

Hadisəni törədən şəxs ərazidən qaçıb, polis onun axtarışına başlayıb.