Zurabişvilidən çağırış: Gürcüstan sərhədləri…
Prezident Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.
Salome Zurabişvili bu barədə Tvitter paylaşımında bildirib. O, Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini qeyd edib.
“Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir”,- Zurabişvili əlavə edib.
Monitoring closely the events unfolding in #Russia.
Our border has to be tightly controlled in view of possible new waves of migration.
— Salome Zourabichvili (@Zourabichvili_S) June 24, 2023