Marneulidə yeniyetmələr və gənclərin iştirakı ilə oxatma yarışı keçirilib – FOTO
24 iyun tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”-nin idman zalında “İnkişaf və Təhsil Mərkəzi”, “Yunus Emre İnstitutu” və “Azərbaycan Evi”nin birgə həyata keçirdiyi “Ənənəvi Türk Oxatma kursu” layihəsi çərçivəsində yeniyetmələr və gənclərin iştirakı ilə oxatma yarışı təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyənin Gürcüstandakı Səfirinin nümayəndəsi Kazım Kartal, Yunus Emre İnstitutunun rəhbəri Can Güray, Marneuli Bələdiyyə məclisinin sədrnin I müavini Tariyel Məmmədov, “Azerbaijan House”un direktoru Məhəbbət İmanov, “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Murad Muradov, eləcə də digər rəsmilər və gənclər iştirak ediblər.
Qonaqlar çıxışlarında bu kimi yarışların təşkilini yüksək qiymətləndirib və gənclərə gələcək yarışlarda uğurlar arzu ediblər.
Daha sonra baş tutan yarışın iştirakçılarına və qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.