David O’Sallivan bu gün Tbilisiyə səfərə gəlir
Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sallivan bu gün Tbilisiyə səfərə gəlir.
Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, David O’Sallivan iki günlük səfər çərçivəsində Gürcüstan hakimiyyəti ilə ümumi maraq doğuran məsələləri, xüsusilə də sanksiyaları və onların effektiv tətbiqini müzakirə edəcək.
Qeyd olunub ki, səfərin məqsədi birbaşa rabitə kanalı açmaq və gələcək əməkdaşlığa yönəlmiş dialoq qurmaqdır.
Məlumata görə, Gürcüstan hökuməti aidiyyəti məsələlərlə bağlı əməkdaşlığa hazırlığını ifadə edib.
David O’Sallivanın Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İliya Darçiaşvili, baş nazirin müavini və iqtisadiyyat naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, Milli Bankın prezidenti vəzifəsini icra edən Arçil Mestvirişvili, baş prokuror İrakli Şotadze, həmçinin biznes nümayəndələri ilə görüşləri planlaşdırılıb.