ABŞ komandanlığı: “Azərbaycan Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfəsini alqışlayırıq”

“Azərbaycan Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni alqışlayırıq”.

Bu barədə ABŞ-ın Avropa Komandanlığının rəsmi tviter hesabında yazılıb.

Komanlıq 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.