Mal-qara sahiblərinin nəzərinə: Bu halda cərimə tətbiq ediləcək
İtləri xaltasız və ağızlıq taxmadan açıq yerlərdə gəzdirən şəxslər, eləcə də iri və ya xırda buynuzlu mal-qaranı park və meydanlara çıxaran şəxslər cərimələnəcəklər.
Artıq bu barədə parlamentə təqdim olunan yeni qanun layihəsi 76 səslə qəbul edilib.
Yeni qanun layihəsinə əsasən itlərin xaltasız və ağızlıq taxmadan istirahət zonalarına, bulvarlara, parklara və meydanlara çıxarılması faktı aşkarlanarsa, sahibi 150 lari cərimə olunacaq. Sözügedən qanun pozuntusunu təkrar yol verildikdə isə 300 lari cərimə tətbiq ediləcək.
Dəyişikliklərə əsasən, bulvarda, parkda, meydanda və ya çimərlikdə xırda və ya iri buynuzlu mal-qaranın nəzarətli və ya nəzarətsiz saxlanılması isə sahibinin 100 lari dəyərində cərimələnməsi ilə nəticələnəcək.