SON ANDA: Helikopter qəzadan belə xilas oldu – VİDEO

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı video görüntülər yayılıb.

Nazirlikdən hadisə ilə bağlı verilən məlumata əsasən sərhəd polis helikopteri polşalı xilasedicilərə yardım göstərərkən buzlaqda, meteoroloji stansiyada qəzaya uğrayıb.

Sözügedən hadisəyə səbəbin küləyin sürətli olması və enən kütlələrinin qəfil hərəkəti olduğu bildirilir.

Lakin təcrübəli və peşəkar pilotlar helikopteri stabilləşdirə, ikinci dövrə vurmağa, buzlaqdan Tiflis istiqamətində havaya qalxaraq Aviasiya Departamentinin bazasına təhlükəsiz eniş etməyə nail olublar.