DİQQƏT: Bu tarixdən Gürcüstanda pasportlar dəyişdiriləcək

Gürcüstanda 2024-cü ilə qədər pasportlar dəyişdirilərək, yeni, müasir, Avropa standartlı pasportlar tətbiq oluna bilər.

Bu barədə Baş nazir İrakli Qaribaşvili parlamentin plenar sessiyasında illik hesabatını təqdim edərkən deyib.

“Biz yeni milli pasportların yenilənməsi üzərində işləyirik. Arzumuz 2024-cü ilə qədər müasir Avropa standartlarına uyğun yeni pasporta sahib olmaqdır, mövcud pasport artıq köhnəlib”, – deyə baş nazir bildirib.