Qardabanidə “Kvemo Kartli Məktəblilər Liqası”nın final görüşləri keçirilib – FOTO

Kvemo Kartli bölgə Qubernatoru, Gürcüstan Futbol Federasiyası, Qardabani və Marneuli Bələdiyyələrinin dəstəyi, eləcə də İdman İdarəetmə Metodologiyası və Texnologiyası Assosiasiyasının təşkilatçılığı ilə Qardabanidə mini-futbol üzrə Kvemo Kartli Məktəb Liqasının yekun görüşləri keçirilib.

“İdman dünyanı dəyişəndə” kampaniyası çərçivəsində gənclər arasında sağlam həyat tərzinin təbliği və təşviqi məqsədilə keçirilən “Kvemo Kartli Məktəblilər Liqası 2023”-də müxtəlif bələdiyyələrdən iyirmi məktəb iştirak edib.

Final görüşündə Krtsanisi ictimai məktəbi və 6 saylı Marneuli ictimai məktəbinin komandaları üz-üzə gəlib.

Görüş 6 saylı Marneuli ictimai məktəb komandasının qələbəsilə başa çatıb.

Qalib komandaları Kvemo Kartli qubernatorunun müavini – Nika Kobaxidze, Sakrebulonun sədri – Mixeil Gedekhauri, Qardabani Bələdiyyəsinin meri – Davit Karqareteli, Təhsil, Mədəniyyət, Gənclər, İdman, İctimai və Media ilə Əlaqələr Xidmətinin rəhbəri – Avtandil Canxoteli, Marneuli Sakrebulonun sədri – Amiran Qiorqadze və Marneuli Bələdiyyəsi merinin müavini – Roin Dekanoidze kubok, medal və sertifikatlarla təltif ediblər.