Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir
Xarici İşlər Nazirliyi Ukraynadan göndərilmiş səfir Giorgi Zakaraşvili ilə Saakaşvili məsələsinə görə heç bir məsləhətləşmə aparmayacaq.
Bunu xarici işlər naziri İliya Darçiaşvili “İmedi” telekanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Giorgi Zakaraşvili səfir kimi Nazirlikdə işləməyə davam edəcək.
“Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar yerlərdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”,- Darçiaşvili deyib.
Nazir qeyd edib ki, Ukraynanın Gürcüstan səfirini ölkədən çıxarması ədalətsiz qeyri-dostcasına və əsassız qərardır və praktikada belə bir addımın presedenti yoxdur.