Gürcüstanda səfərdə olan Nikol Paşinyan İrakli Qaribaşvili ilə görüşüb – FOTO

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə əlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət başçıları təkbətək görüş zamanı iki ölkə arasındakı əlaqələri, həmçinin regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər.

Baş nazir İrakli Qaribaşvili Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.

Geniş tərkibli görüşdə isə tərəflərin iqtisadi sahədə yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirdikləri qeyd olunub. Görüşdə Gürcüstan və Ermənistanın nazirlər kabinetlərinin üzvləri iştirak edib.