Zelenski: “Türkiyə sülh planını həyata keçirmək üçün liderliyi öz üzərinə götürməyə hazırdır”

“Mən Türkiyənin sülh planımıza verdiyi dəstəyə görə minnətdaram. Türkiyə sülh planını həyata keçirmək üçün liderliyi öz üzərinə götürməyə hazırdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib:

“Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə minnətdaram. Ölkəmizə və xalqlarımıza sülh istəyən hər kəsə təşəkkür etmək üçün buradayam”.